Türkiyə futbolunun canlı əfsanəsi, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verən müstəqil millət vəkili Hakan Şükürün adı daha bir stadiondan götürülüb.
Teleqraf.com xəbər verir ki, İstanbulun Esenyurt rayon stadionundan Hakan Şükürün adının olduğu tabel sökülüb.
Arenaya yeni ad veriləcəyini bildirən stadion əməkdaşları bunun böyük ehtimalla Turqut Özal olacağını qeyd ediblər.
Xatırladaq ki, bir müddət əvvəl də analoji hadisə baş vermiş, Sancaktepedeki stadiondan Hakan Şükürün adı götürülmüşdü.