Daxili işlər naziri Vilayət Eyvazov, DİN-in şəxsi heyəti 2 iyul - Polis Günü münasibəti ilə Fəxri xiyabanı ziyarət edib.
Teleqraf.com xəbər verir ki, onlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidənin önünə çiçək dəstələri düzüblər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub.
Daha sonra Şəhidlər xiyabanı da ziyarət edilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarları üzərinə çiçək dəstələri düzülüb.