10 Sentyabr 2014 11:16
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toy və yas mərasimlərində israfçılıq əleyhinə aparılan kampaniyaya müxalifət nümayəndələri də dəstək verir.

Teleqraf.com-un məlumatına görə, ReAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli qeyd edib ki, toy və yas mərasimlərində israfçılığa dövlət müdaxiləsi olmalıdır:

“Əslində bu sahə normal halda dövlətin tənzimləməsinə aid olmamalıdır, çünki özəl həyat məsələsidir. Amma, cəmiyyətimizdəki durum elə hala gəlib ki, onu özəl təşəbbüslər və şəxsi örnəklər vasitəsilə düzəltmək mümkün olmayacaq. Tez və təsirli dəyişiklik istəyiriksə, dövlətin müdaxiləsinə, keçici olaraq, normal baxmalıyıq. Burada qadağalardan tutmuş, cəzalaradək yer ola bilər. Çünki yas və toy mərasimləri çoxdan ictimai narahatlıq doğurur. Dövlət müdaxiləsi vacibdir”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər