2 İyul 2019 16:33
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin (MM) mətbuat katibi Akif Təvəkküloğlu parlamentin növbədənkənar sessiyasının çağırılması ilə bağlı iyulun 2-də bəzi KİV-lərdə yayımlanan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Akif Təvəkküloğlu “Report”a açıqlamasında iyulun 9-da və 12-də keçiriləcək plenar iclasların əvvəlcədən planlaşdırıldığını deyib:

“Heç bir təcili iclasdan söz gedə bilməz. Sadəcə olaraq, Milli Məclisin növbədənkənar sessiyası adi qaydada hələ davam edir və nöbədənkənar sessiyanın daha bir neçə iclası keçiriləcək. Növbəti iclaslar iyulun 9-u və 12-si üçün nəzərdə tutulub. Həmin vaxtda növbəti iclasların keçirilməsi gözlənilir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər