7 İyul 2019 17:16
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci vitse-prezident Mehriban Əliyeva Şəki Xan sarayının və şəhərin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına salınmasıyla bağlı rəsmi “Instagram” səhifəsində paylaşım edib.

Teleqraf.com-un məlumatına görə ki, Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri bu münasibətlə xalqımızı təbrik edib:

“Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik. Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edirəm!”, - deyə qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər