8 İyul 2019 09:42
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

ADA Universitetində “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə konfrans başlayıb.

Tədbirdə Xarici İşlər naziri Elmar Məmmədyarov, dövlət rəsmiləri, Azərbaycanın xarici ölkələrdəki səfirləri, Bakıda işləyən xarici diplomatlar iştirak edirlər.

Qeyd edək ki, Azərbaycanın diplomatik xidmət orqanları 1919-cu ildə yaradılıb. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü təsis edilib. Hər il 9 iyul Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir. /Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər