10 İyul 2019 12:15
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

UNESKO Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyanın bağlanış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, Dünya İrs Mərkəzinin direktoru Mextild Rössler çıxış edərək, sessiyanın keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri, Mədəniyyət naziri Əbülfəs Qarayevə səmimi qarşılanmaya, qonaqpərvərliyə görə təşəkkürünü bildirib:

“Azərbyacan xalqının səmimi qonaqpərvəliyinə görə sizi hələ çox xatırlayacağıq”.

Daha sonra M.Rössler Ə.Qarayevə Dünya İrs Siyahısının əks olduğu kitab bağışlayıb. Həmçinin, sessiyanın məruzəçisinə də dünya irs sahələrini əks etdirən kitab bağışlayıb.

Daha sonra müxtəlif ölkələrin nümayəndələri çıxış ediblər.

Anqola nümayəndəsi ilk olaraq sədrə təşəkkürünü bildirib:

“2015-ci ilin noyabrında Anqola Dünya İrs Komitəsinə üzv seçildi. Biz həmin vaxt konvensiyanın icrası üçün çalışacağımızı bildirdik. Hesab edirəm ki, biz son 4 ildə dayanmadan işləmişik. Biz iştirakçı ölkələrə minnətdarıq ki, dövlətlər bizə öz irs nümunəmizi siyahıya salmağa yardım etdilər. Xüsusən sahələrin siyahıda tarazlı şəkildə təmsil olunması, inkişafda olan dövlətləri nəzərə alaraq, orada olan insanların həyat səviyyəsinin keyfiyyətinin yaxşılaşdırılmasını nəzərə alaraq biz bu işləri gördük”.

Braziliya nümayəndəsiAzərbayacana minnətdarlığını bildirib:

“Bizi bu qədər yüksək səviyyədə qəbul etdiyinizə görə minnətdarıq”.

Kuba nümayəndəsi bildirib ki, ölkəsi dünya irsinə sədaqət nümyiş etdirir:

“Bakıda gördüyümüz qonaqpərvərliyiə görə Azərbaycana təşəkkür edirik”.

Burkina Faso nümayəndəsi bu ölkənin tarixi polad mədənlərinin siyahıya daxil edilməsinə görə minnətdarlığını bildirib:

“Burkina Faso bundan sonra da öz səylərini göstərəcək ki, daha böyük nəticələr əldə edilsin".

Küveyt nümayəndəsi, Avstraliya nümayəndəsi çox qeyri-adi enerji və müstəsna xidmətlərlə onları qəbul etdiklərini vurğulayıblar.

Zimbabve nümayəndəsi çox gözəl və maraqlı şəhərdə qarşılandıqlarını bildirib. O qeyd edib ki, Braziliya nümayəndə heyətinin bu bununla bağlı fikirləri ilə şərikdir:

“Biz bu səfərdən çox məmnun qaldıq”.

Çin nümayəndə heyəti bütün komitə üzvlərinə qoşularaq səmimi qonaqpərvərliyə görə minnətdarlıq edib:
“Cənab sədr, bu işlərin yerinə yetirilməsində sizin xidmətləriniz çox böyükdür. Ev sahibi adından qonaqları bəri başdan Fuçjou şəhərində gözlədiyimizi bildiririk”.

Abidələrin Mühafizəsi üzrə Beynlxalq İttifaqın (IUCN) rəhbəri sessiyanın Bakıda yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlıq edib:

“Biz Dünya İrs Komitəsinin üç məşvərət orqanı adından təşəkkürümüzü bildiririk”.

Sonda çıxış edən Əbülfəs Qarayev deyib:

“Bizim ölkəmizlə, şəhərimizlə, adət-ənənəmizlə bağlı söylədiyiniz xoş sözlərə görə minnətdarıq. 2013-cü ildə mən Bakıda Qeyri-maddi Mədəni İrs Komitəsinin iclasına sədrlik etdikdə demişdim ki, mən indiyədək bu qədər minnətdarlıq eşitməmişəm. İndi mən bu sözləri yenidən deməyə məcburam. Sessiyada 2300 iştirtakçı oldu. Onlar nümayəndə heyətləri, vətəndaş cəmiyyəti üzvləri, QHT və mətbuat nümayəndələrdən ibarət idi. Sessiyanın keçirilməsi bizim birgə səylərimiz nəticəsində baş tutdu. Bu, bizim dünya irsi qarşısında olan ümumi öhdəliyimizdir. Sessiyada 166 qərar layihəsini müzakirə etdik, 29 yeni irs nümunəsini siyahıya daxil etidk. Yüksək səylər göstərilməlidir ki, həmin sahələr bundan sonra da öz orijinal dəyərini qoruyub saxlasın. Mən Azərbaycan Prezidenti, Birinci vitse-prezidentin adından bildirirəm ki, 43-cü sessiyanı Bakıda keçirməkdən, sizləri burada qəbul etməkdən məmnun olduq”.

Ə.Qarayev sesiyanın keçirlməsində əməyi olan hər kəsə, o cümlədən media mənsublarına təşəkkür edib.
Daha sonra UNESKO Dümya İrs Komitəsinin 43-cü sessiyası rəsmən bağlı elan edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər