Avstriyanın federal Avropa, inteqrasiya və xarici işlər naziri Sebastian Kurts sentyabrın 11-12-də Azərbaycanda rəsmi səfərdə olacaq.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində S.Kurtsun Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Sentyabrın 11-də keçiriləcək görüşdən sonra xarici işlər nazirlərinin birgə mətbuat konfransı baş tutacaq.
Qeyd edək ki, Sebastian Kurts dünya ölkələri arasında ən gənc xarici işlər naziridir. Onun cəmi 28 yaşı var.
Səxavət