“Jara-2019” Beynəlxalq Musiqi Festivalının sonuncu günü - iyulun 28-də tamaşaçıları bir-birindən maraqlı ifalar, duetlər gözləyir.
Teleqraf.com xəbər verir ki, estrada ulduzları əvvəlcə qırmızı xalı üzərindən keçərək öz təəssüratlarını bölüşəcəklər.
Daha sonra musiqi bayramı tanınmış müğənnilərin ifaları ilə davam edəcək.
Bugünkü konsertdə məşhur ifaçı və qruplar Emin, Timati, Nazima, TERNOVOY, Doni, Mişa Marvin, Klava Koka, Natan, Qriqori Leps, Ciqan, MOLLY, Loboda, HammAli i Navai, CYGO, Mari Kraymbreri, Rauf, Faiq, ZOMB, Nyuşa, Lyubov Uspenskaya, Rasa, Kosmos Girls, Elvin Qrey, Ellai, MOT, Aısel, Asammuell, Babək Məmmədrzayev, Samra, Fika, İsayya, Evqeniya Mayer, Velvet, Aleksandr Panayotov, Slava, Yuliya Kovalçuk, JONY, Elman, Andro, Gemini, Alessandra, Anna Sedokova, Timur Rodriqez, TEREZA və “Serebro” çıxış edəcəklər.
Xatırladaq ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.