12 Sentyabr 2014 11:33
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın təkbətək görüşü olub.

Teleqraf.com AzərTAc-a istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Malayziya baş nazirinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulanıb. İkki ölkə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib.

Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər