16 Avqust 2019 16:28
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada fəaliyyət göstərən “The HALO Trust” təşkilatının proqram rəhbəri Edvard Robert Sayfret Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Teleqraf.com xəbər verir ki, işğal bölgəsinə səfər edən təşkilat rəsmisi Xankəndində separatçı rejimin nümayəndəsi Masis Mayilyanla görüşüb.

Separat görüşdə ərazilərin partlamamış minalardan təmizlənməsi, zərərsizləşdirilməsi və digər məsələlər müzakirə olunub.

“The Halo Trust” (HT) dünyanın ayrı-ayrı bölgələrində mina təmizləmə işləri ilə məşğul olan, mərkəzi İngiltərədə yerləşən beynəlxalq təşkilatdır. ABŞ-da nümayəndəliyi olan HT-nın fəaliyyəti 14 ölkəni əhatə edir. Təşkilatın illik gəlirinin 55 milyon dollardan çox olduğu bildirilir.

2000-ci illərin əvvəllərindən bu yana müxtəlif dövrlərdə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində, o cümlədən 7 rayonda ərazilərdən minaların təmizlənməsini işini həyata keçirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər