16 Sentyabr 2014 18:50
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eldar İbrahimov: “Beynəlxalq qurumların bu cür yanaşmaları Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə sövq edir”

“ATƏT Parlament Assambleyasının bütün tədbirlərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı məsələləri gündəmə gətirik. İşğalçı siyasətin ölkəmizə vurduğu ziyanlar barədə avropalı parlamentarilər müntəzəm olaraq məlumatlandırılır”. Teleqraf.com-un məlumatına görə, bunu yap.org.az saytına Milli Məclisin komitə sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Ermənistan işğalçılıq siyasətinə baxmayaraq təşkilat problemə yumşaq münasibət göstərir. Onun sözlərinə görə, beynəlxalq qurumların bu cür yanaşmaları Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə sövq edir.

“Biz təşkilatın tədbirlərində bu haqda məlumat veririk və işğalçı dövlətə qarşı ciddi tədbirlərin görülməsini tələb edirik. Amma çox zaman belə cavab alırıq ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupunun fəaliyyəti isə bizi qane edə bilməz. Həmsədrlər vaxtaşırı olaraq regiona turist səfərləri edirlər. Yəni onların səfərlərinin heç bir nəticəsi yoxdur. Deyirlər ki, məsələni hər iki tərəf razılığa gəlib həll etməlidir. Əgər biz özümüz razılığa gələcəyiksə, onda Minsk qrupu nəyə lazımdır? Ona görə də, həmsədrlərin fəaliyyəti cəmiyyətimiz tərəfindən etirazla qarşılanır. Ümidimiz dövlətimizin başçısının həyata keirdiyi siyasətədir ki, bu siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq” – deyə E.İbrahimov vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər