14 Oktyabr 2019 16:17
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Teleqraf.com-un məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovu hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.


Müəllif: Teleqraf.com