16 Oktyabr 2019 09:14
2 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi təmsilçisi Aleksandr Lavrentiyev Türkiyənin "Sülh çeşməsi" əməliyyatı ilə bağlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, xüsusi təmsilçi keçirdiyi mətbuat konfransında Türkiyə hərbi qüvvələrinin Suriya torpaqlarında daimi mövcudluğuna qarşı olduqlarını bəyan edib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Sülh çeşməsi" əməliyyatı başa çatdıqdan sonra ordunun Suriyanın şimalından geri çəkəcəyinə söz verib: "Ərdoğan əslində ordunun əməliyyat aparacağını, məqsədin onun anlayışına görə, terrorist olan qruplarla mübarizə olduğunu söyləmişdi. Dolayısıyla bu vəzifə yerinə yetirildikdən sonra əsgərlər Suriyadan geri çəkiləcəklər".

Rus dipolmat hesab edir ki, Suriyanın Türkiyə sərhədində yalnız Suriya hərbi qüvvəsi dayanmalıdır, bu, Suriya torpqalarından Türkiyəyə qarşı hücumların qarşısını alan ən yaxşı qarantiya olar.

Aleksandr Lavrentiyevin sözlərinə görə, kürdlər Suriya hökumət ordusunun müəyyən bölgələrə daxil olmasını qəbul edib və kürd qruplaşmalarla Dəməşq arasında təməl anlaşma baş tutub.

Xüsusi təmsilçi 1998-ci il Adana razılaşmasının türk ordusunun PKK ilə mübarizə məqsədi ilə Suriya torpqalarına 5 kilometrə qədər girməsinə izn verdiyini deyib: "Bu razılşamaya görə, Türkiyə Silahlı Qüvvələri Suriya ərazisinə girə bilər, amma orda daimi qala bilməz. Biz türk əsgərlərinin Suriyada daimi varlığına qarşıyıq".

Qeyd edək ki, Türkiyə ordusunun Suriyanın şimalında başlatdığı əməliyyat Rusiya və ABŞ-da fərqli mövqelər ortaya qoyub. ABŞ Konrqesi Türkiyəyə qarşı sanksiya təşəbbüsü ilə çıxış edib.

ABŞ vitse-prezidenti Maykl Pens və dövlət katibi Maykl Pompeo Suriyanın şimal-şərqindəki vəziyyətlə əlaqədar bu gün Türkiyəyə səfər edəcəklər.

Ötən gün isə Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Ərdoğanın Rusiyaya işgüzar səfər edəcəyi bildirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13 noyabrda ABŞ-a səfər edəcək və prezidenti Donald Trampla danışıqlar aparacaq.


Müəllif: Mahir