18 Oktyabr 2019 23:00
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə paytaxtımızda baş tutan “kitab dayanacağı” bu gün səhər sökülüb.

Teleqraf.com xəbər verir ki, Bakı Şəhəri İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin əməkdaşları kitabları götürərək dayanacağın söküntüsünə başlayıblar.

Onlar buna səbəb kimi həmin dayanacağın icazəsiz qoyulmasını göstəriblər. Layihənin Koordinatoru Ramil Hüseynzadə bildirib ki, tikili SOCAR-ın binasının qarşısında qoyulduğu üçün onlardan rəsmi qaydada icazə alıblar. O, həmçinin qeyd edib ki, icazə almaq üçün ticari bir iş görülməlidir, amma burada heç bir ticari iş yoxdu.

Kitabsevər gənclər layihənin yenidən bərpası üçün aksiya təşkil ediblər.

Layihənin rəhbəri Röyal Süleymanov Teleqraf.com-a açıqlamasında bildirib ki, Etiraz aksiyasının keçirilməsi əsassızdır, ümüd edirəm bir neçə gün ərzində kitab dayanacağı qanunvericiliyin tələblərinə uyğun olaraq bərpa olunacaqdır. Və bununla bağlı əlimizdən gələni edəcəyik.


Müəllif: Dəniz Pənahova