20 Oktyabr 2019 08:20
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Azərbaycana tibb, kənd təsərrüfatı, elmi araşdırmaların marağında olan nüvə elmi və texnologiyaları mərkəzinin yaradılması məsələsini nəzərdən keçirməyi təklif edib.

Bunu jurnalistlərə "Rosatom"un rəhbəri Aleksey Lixaçov deyib.

A.Lixaçov bildirib: "Energetika Azərbaycan üçün qaz və neft məhsullarının daxili istehlakda əvəz etmək və bu həcmlərin ixrac üçün azad edilməsi baxımından maraqlıdır. Ola bilər ki, Azərbaycana [bunun] iqtisadi cəhətdən cəlbedici olacağı zaman hələ gəlməyib. Lakin biz azərbaycanlı tərəfdaşlarımıza, burada Serbiyada olduğu kimi, tibb, kənd təsərrüfatı, elmi araşdırmaların marağında olan müasir nüvə elmi və texnologiyaları mərkəzinin yaradılması məsələsini nəzərdən keçirməyi təklif edib. Müvafiq təklifləri Azərbaycan tərəfinə göndərmişik və hazırda onlar təklifləri öyrənirlər".

Onun sözlərinə görə, bu barədə əsaslı danışıqlar hələ aparılmır.


Müəllif: Teleqraf.com