Bu il fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2145 nəfər müraciət edib.
Teleqraf.com xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, namizədlərin 457 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb. 15 nəfər təşəbbüs qrupları tərəfindən, 1673 nəfər isə fərdi qaydada namizədliyini verib.
Müraciət edən şəxslərin 1954 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 1747 nəfəri isə imza vərəqələrini artıq götürüb, 381 nəfəri qaytarıb, 125-i isə qeydə alınıb.