8 Yanvar 2020 20:13
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə ictimaiyyətə ətraflı məlumat verilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri, sosial şəbəkə istifadəçiləri tərəfindən reallığı əks etdirməyən məlumatlar yayılır.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov özünün "Facebook" səhifəsində məlumat yayıb.

"İstintaqın maraqlarına zidd olan, insanların heysiyyatına toxunan, uşaqların psixologiyasına mənfi təsir edə biləcək bu kimi halların təkrarlanmaması və həqiqətə uyğun olmayan məlumatların yayılmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün Baş Prokurorluğun Mətbuat Xidməti ilə dəqiqləşdirilməsini xahiş edirəm", - o qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər