Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkinin Bakıya növbəti səfəri başa çatıb.
Axar.az xəbər verir ki, səfər zamanı P.Hikkiyə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) tərəfindən hazırlıq işlərinin gedişi barədə məlumat verilib. Patrik Hikki deyib:
“Bakı-2015 komandası tərəfindən son aylarda əldə edilmiş belə əhəmiyyətli irəliləyişi görmək məni hədsiz dərəcədə ruhlandırdı. Bu, inkişaf etdirilmiş və təkmilləşdirilmiş idman proqramı barədə son məlumatları almaq üçün dəyərli imkan idi. Əminəm ki, Bakı-2015 bütün dünya üzrə çoxnövlü idman yarışları standartını yaradacaq ilk Avropa Oyunlarının innovativ və mükəmməl surətdə keçirilməsi ilə bağlı gözləntilərimizi doğruldacaq”.
Qeyd edək ki, gələn il iyunun 12-dən 28-dək keçiriləcək birinci Avropa Oyunlarında ümumilikdə 20 idman növü üzrə altı mindən artıq idmançı birincilik uğrunda mübarizə aparacaq. İdmanın doqquz növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq.