1 May 2014 17:59
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Milli Məclisin növbəti sessiyası keçiriləcək. Teleqraf.com sessiyada millət vəkillərinin müzakirəsinə təqdim ediləcək gündəliyi oxuculara təqdim edir:

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsinin təsdiq edilməsi haqqında qanununun layihəsi barədə.
“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dəyişikliklər edilməsi barədə 15 nömrəli Protokolun təsdiq edilməsi haqqında qanununun layihəsi.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi.
Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi
“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” dəyişiklik edilməsi barədə layihə.
“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə.
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında layihə.
“Yol hərəkəti haqqında” Qanununda dəyişikliklər edilməsi barədə layihə.
“Dövlət rüsumu haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə layihə.
“Dövlət rüsumu haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi.
“Yaşıllıqların mühafizəsi haqqında” qanununun layihəsi.

Nemət


Müəllif: