Helen Klark Bakıda dövlət nümayəndələri və diplomatlarla görüşəcək
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klark 1-4 oktyabrda Azərbaycana səfər edəcək. BMT-nin Bakı Ofisindən verilən xəbərə görə, səfərin əsas məqsədi Azərbaycanın dayanıqlı inkişafı üçün təşkilat tərəfdən yüksək səviyyədə dəstəyin verilməsi, hökumətin iqtisadi və sosial inkişaf sahələrində uğurlarını müşahidə etmək və Azərbaycanın tam hüquqlu donor icmasına qoşulması yolunda hazırlığını yoxlamaqdır.
Xanım Klarkın IV Bakı Beynəlxalq Humanitar Forumda iştirakı planlaşdırılır. Səfər çərçivəsində Helen Klark yüksək rütbəli hökumət nümayəndələri, qadın siyasətçiləri, BMT-nin Azərbaycandakı İdarə Heyəti və ölkədə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərlə görüşəcək. BMTİP-in rəhbəri həmçinin Azərbaycandakı BMTİP-in layihələri ilə ətraflı tanış olmaq üçün ölkədə səfərlər edəcək və 2015-ci ildən sonrakı İnkişaf Gündəliyi və Qlobal Dayanıqlı İnkişaf Məqsədləri üzrə ADA Universitetində mühazirə deyəcək.
Səfər zamanı Helen Klarkı təşkilatın rəhbər müavini və Şərqi Avropa və MDB ölkələri üzrə BMTİP-in Regional Bürosunun Direktoru, Cihan Sultanoğlu və digər BMT rəsmiləri müşahidə edəcək.
Xatırladaq ki, BMTİP-in rəhbərinin Azərbaycana sonuncu səfəri 1996-cı ildə olub. Həmin nümayəndə heyətinə, o vaxtkı BMTİP-in rəhbəri Ceyms Qustav Spez rəhbərlik edib.
Cavidan