MSK-nın iclasında daha sonra 32 saylı Suraxanı seçki dairəsindən daxil olmuş şikayətə baxılıb.
Teleqraf.com-un məlumatına görə, MSK üzvü İlkin Şahbazov bildirib ki, 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizəd Fikrət Cəfərli və digər bir namizəd MSK-ya şikayət edib.
Onun sözlərinə görə pozuntu aşkar edilmiş məntəqələrin sayı 3-dür:
“Bunlar 4, 8 və 9 saylı seçki məntəqələridir. Bu məntəqələrdə seçicilərin iradəsini ifadə etməsi mümkün olmayıb”.
Daha sonra 3 məntəqədə səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə dair qərar qəbul edilib.