26 Sentyabr 2014 14:22
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev bu gün Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovskini qəbul edib.

Teleqraf.com AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın rolu qeyd edilib, iki ölkənin ali qanunvericilik orqanları arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı ikitərəfli münasibətlər, o cümlədən parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər