"Yay aylarında virusun yayılması hallarının səngiməsi ilə bağlı demək istəyirəm ki, hazırda Çində yoluxma faizi azalır. Lakin orada yeni faktların aşkarlanmaması üçün qabaqlayıcı tədbirlər bu gün də davam etdirilir".
Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi, missiyanın rəhbəri Karolin Braun deyib.
Onun sözlərinə görə, Azərbaycanda yaya qədər virusun yayılması göstəricisinin azalmasını indidən demək çətindir: "Əsas odur ki, virusdan qorunmaq üçün lazımi qabaqlayıcı addımlar vaxtında atılsın".
Mütəxəssis bildirib ki, virusu xüsusi laboratoriyalarda nəzərdə tutulan testlərə yoxlamaq mütləqdir: "Ekspres testlərin hazırlanması istiqamətində işlər gedir".