14 Mart 2020 18:55
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Еудуйкфа,сщь xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə ölkələrimiz tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar.

Prezidentlər koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinin yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər