29 Sentyabr 2014 10:20
1 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının üzvü Samir Kazımlı istefa verib.

Bu haqda kazımlı özünün facebook.com sosial şəbəkəsində bildirib. Partiyaya daxil olması, uzun illər orada fəaliyyət göstərməsi haqda geniş izahat verən Kazımlı sonda qeyd edib ki, izahatını istefa kimi qəbul olunmasını xahiş edir. Kazımlı onu da qeyd edib ki, bundan sonra Dərnəgülə, yəni Müsavatın qərargahına gedib-gəlmək niyyətindən uzaqdır.

Qeyd edək ki, hazırda Samir Kazımlı daha çox AXCP-yə yaxın şəxs hesab olunur və bu partiyanın üzvləri ilə daha çox münasibətdədir. Onun istefasının qurultaydan sonraya təsadüf etməsi isə deməyə əsas verir ki, Kazımlı partiyanın perspektivini görmür.

Cavidan


Müəllif:

Oxşar xəbərlər