Bu il aprelin 2-də BMT Baş Assambleyasında koronavirusla mübarizə sahəsində qətnamə qəbul olunub. Azərbaycan da burada iştirak edib. Ölkəmizə ÜST-ün ekspert qrupu dəvət edilib. Ətraflı müzakirələr aparılıb və görülən işlərə yüksək qiymət verilib.
Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:
"Bu günə qədər xaricdən 15 mindən artıq vətəndaşımız gətirilib. Azərbaycana gətirilən vətəndaşlar xüsusi karantin zonalarına yerləşdiriliblər. 20 aprel tarixinə qədər Azərbaycana giriş-çıxış dayandırılıb.
Əsas məqsəd odur ki, Azərbaycan Respublikasının aidiyyəti səhiyyə sturukları tərəfindən daxili yoluxma halları konsentrasiya olunsun və zəruri tədbirlər həyata keçirilsin. Bu xüsusda xaricdə olan vətəndaşlara göstərdikləri təmkinlə görə təşəkkür edirik. Azərbaycan Respublikasının höküməti vətəndaşlarının yanındadır".
Hikmət Hacıyev bildirib ki, quru sərhəd-keçid məntəqələrində xüsusi hallar nəzərə alınır: " Rusiya sərhədində cənazələrin gətirilməsi ilə bağlı müraciətlər olunub. İstisnalar əsasında cənazələri ölkəyə daxil olunması həyata keçirilib. Lakin aprelin 20-nə qədər sərhədlər bağlı olacaq.
Azərbaycanın xaricdəki diplomatik nümayəndələri bu qərarı dəstəklədilər. Zəruri və xüsusi ehtiyacı olan vətəndaşlarımıza müəyyən dəstəkləri göstərməyə davam edirlər".