14 Aprel 2020 13:37
2 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisində xüsusi karantin rejiminin elan baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsi və 41-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən ümumi istifadədə olan xeyir-şər evində 6 nəfərin xüsusi karantin rejimini pozaraq qumar və digər stolüstü oyunlar oynadıqları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin şəxslər axlanılaraq Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsinə gətiriliblər.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan kafedə olan müştərilən barəsində polis bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər