Koronavirus pik həddə çatdığı zaman Azərbaycanda da karantin rejimi tətbiq edildi.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi online brifinqdə deyib.
Onun sözlərinə görə, dünyada bu infeksiyanın qarşısını almaq üçün nə peyvənd, nə də dərman var: "Ona görə də insanları təcrid edib yoluxmanın qarşısını almaq vacib idi. Karantin rejiminin tətbiqi də buna yönəlmişdi. Bu gün bu qərarın nəticəsini görürük".
ÜST rəsmisi bildirib ki, Azərbaycan karantin rejimindən çıxış prosesini də mərhələli şəkildə icra etməlidir.