25 Aprel 2020 00:26
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün, aprelin 25-i müqəddəs Ramazan ayının ilk günüdür.

Teleqraf.com xəbər verir ki, bu il ölkə ərazisinin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə aprelin 25-nə təsadüf edib.

Ramazan ayının builki təqviminə görə Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərinə təsadüf edir. Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək. Həmin gün Fitr (Ramazan) bayramıdır. Niyyət gecəsi aprelin 24-dən 25-nə keçən gecəyə düşür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 25-də Bakıda imsak saat 04:10, iftar isə saat 19:44-dədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər