27 Aprel 2020 01:36
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən Azərbaycanda qızıl və digər bəzək əşyalarının satışı obyektlərinin, eləcə də lombardların fəaliyyəti bərpa olunub.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 24-də müvafiq qərar qəbul edib.

Qərar qəbul edilərkən koronavirus (COVID-19) virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları nəzərə alınıb.

Qeyd edək ki, COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 2020-ci il 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib. Bununla da ölkədə bəzi iş və xidmət sahələrində fəaliyyət bərpa olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər