29 İyun 2020 22:25
1 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hər bir vətəndaş ətrafında olanları, yaxınlarını, ölkənin gələcək genefondunu, gələcəyimizə olan təhdidləri nəzərə almalıdır. Bunu düşünməklə bərabər, məsuliyyətsizliyin də hansı fəsadlara yol aça biləcəyini dərk etməlidir".

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

O qeyd edib ki, İnzibati Xətalar Məcəllləsinə nəzərdə tutulan dəyişikliklər çox mühüm və vaxtında edilən dəyişikliklərdir: "Bundan öncəki qərarın məsuliyyətini və ciddiliyini bəzi vətəndaşlarımız tam şəkildə dərk etmədi. Bu məsələ ilə bağlı Milli Məclisdə hümanizm göstərilərək hətta bu cərimələrin az və ya çox olması fikirləri də səsləndi. Millət vəkili vurğulayıb ki, hazırda ölkədə yaranmış belə bir vəziyyətdə karantin rejimi, eyni zamanda fərdi-qoruyucu vasitələrdən, əsasən də maskalardan istifadə ilə bağlı müəyyən edilən tələblər pozuldu. Bu pozulmalar və təbii ki, məsuliyyətsizlik son nəticədə koronavirusa yoluxanların sayına ciddi təsir etdi və yoluxma sayı kəskin surətdə artdı".

Deputata görə, qəbul edilmiş qərarlar Azərbaycan vətəndaşının sağlamlığı, rifahı, gələcək genofondun qorunması, eyni zamanda dövlət və milli təhlükəsizliyimizə olan təhdidlərin qarşısının alınmasına yönələn bir addım olacaq: "İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə, fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər