11 İyul 2020 23:09
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada son sutka ərzində COVID-a yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 12,3 milyonu ötüb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada COVID-19-dan ölənlərin ümumi sayı 556 min nəfəri ötüb.

Məlumata görə, son bir gün ərzində koronavirus infeksiyasına yeni 219 983 yoluxma qeydə alınıb, COVID-19-dan daha 5 286 pasiyent ölüb. Beləliklə, dünyada koronavirusa yoluxanların ümumi sayı 12 322 395 nəfər təşkil edir. Pandemiya ərzində dünyada ümumilikdə 556 335 insan COVID-19-dan ölüb.

Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 6 397 230 insan COVID-19-a yoluxub. Avropada 2 888 850 nəfər koronavirus yoluxucusu kimi qeydə alınıb.


Müəllif: Teleqraf.com