12 İyul 2020 11:57
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda son sutkada koronavirusa 577 yoluxma qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Koronavirus xəstələrinin sayı 31 969 nəfərə çatıb.

Son sutka ərzində koronavirusdan 6 nəfər ölüb.

Ölkədə ümumilikdə 565 nəfər həyatını itirib.

Hazırda 11 589 pasiyent müalicə edilir, koronavirusla bağlı ümumilikdə 134 989 test aparılıb.


Müəllif: Teleqraf.com