14 İyul 2020 08:36
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT baş katibi Antoniu Quterreş Azərbaycan-Ermənistan sərhədində döyüş hərəkətlərini təcili dayandırmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrikun bəyanatında deyilir.

"Baş katib döyüş hərəkətlərini təcili dayandırmağa çağırır, həmçinin bütün cəlb edilmiş tərəflərdən vəziyyətin deeskalasiisyası üzrə təcili addımlar atmağı xahiş edir", - Dyujarrik vurğulayıb.

Onun sözlərinə görə, baş katib həmçinin tərəfləri fitnəkar ritorikadan çəkinməyə çağırıb.


Müəllif: Teleqraf.com