16 İyul 2020 20:45
1 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada yaşayan bir qrup güney azərbaycanlı milli fəal dəstəklərini bildirmək üçün Azərbaycanın Türkiyədəki səfirliyinə müraciət ediblər.

Teleqraf.com xəbər verir ki, milli fəallar səfirliyə gedərək güney azərbaycanlıların Azərbaycan dövləti, xalqı və ordusunun yanında olduğunu bildiriblər.

Qeyd edək ki, Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycanın milli fəalları müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış ediblər. Milli fəallar tərəfindən yayılan bəyanatda bu gün Təbriz və Tehran şəhərlərində Azərbaycana dəstək mitinqlərinin keçiriləcəyi bildirilmişdi. Bununla bərabər, Urmiya, Zəncan, Sulduz və Ərdəbil şəhərlərində də dəstək aksiyalarının keçirilməsi nəzərdə tutulub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər