21 İyul 2020 11:40
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İyulun 12-dən günorta saatlarından başlayaraq Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri atəşkəsi kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutublar. Sonra daha iri silahlarla mövqelərimizi ağır artilleriyadan atəşə tutublar. Amma bu təxribatın qarşısı alınmışdır. Müvafiq planlar var və həmin planlar dərhal işə düşür. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması üçün əmr verilmişdi”.

Teleqraf.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

“Düşmənin dayaq nöqtələri, yüzlərlə hərbi qulluqçusu məhv edildi. Aprel döyüşlərində olduğu kimi bu dəfə də Ermənistanın rəhbərliyi döyüş itkilərini gizlədib. Amma buna baxmayaraq bir qismini etiraf etmək məcburiyyətində qaldı. Bir müddət sonra real itkilərin sayını biləcəyik”, V.Dərgahlı bildirib.

O qeyd edib ki, döyüşlərdə hər hansı ərazi itkisi olmayıb: “Sosial şəbəkələrdə bəlli olmayan mənbələr tərəfindən bununla bağlı yayılan məlumatları tamamilə rədd edirik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər