Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” hesabında 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə paylaşım edilib.
Teleqraf.com-un məlumatına görə, paylaşımda deyilir:
"Hörmətli KİV nümayəndələri! Əziz dostlar!
Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!"