Azərbaycan Respublikası Milli Məclisində rəhbərlik etdiyim Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin adından Pakistan İslam Respublikasının Senatı və Milli Assambleyasında Azərbaycan üzrə fəaliyyət göstərən dostluq qruplarına ermənilər tərəfindən diasporumuzun üzlərinə və diplomatlarımıza qarşı törədilmiş hücum və provokasiyalar haqqında məktublar ünvanlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva yayıb.
O bildirib ki, məktublarda ermənilərin vandalizm aktları və vəhşilikləri qınanılıb, onları hərəkətlərinin bəşəri dəyər və prinsiplərdən kənarda olduğu vurğulanıb.