13 Oktyabr 2014 14:59
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyası (VKP) Siyasi Bürosunun üzvü, VKP Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com president.az saytına istinadən xəbər verir ki, Vyetnam Respublikasına rəsmi səfərini məmnunluqla xatırlayan dövlət başçısı bu səfərin yüksək səviyyədə ilk rəsmi səfər olması baxımından önəmini qeyd edib. Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü və partiyanın Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin də Azərbaycanla Vyetnam arasında intensiv əlaqələrin davam etdirilməsi və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, VKP Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anh Azərbaycana ilk dəfə səfər etməsindən və prezident İlham Əliyevlə görüşündən məmnun olduğunu bildirib. Le Honq Anh Azərbaycanla Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayıb. Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama ilk rəsmi səfərinin ikitərəfli əlaqələrin inkişafına böyük təkan verdiyini deyib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən ticarət dövriyyəsinin artırılması, neft-qaz, sərmayə qoyuluşu sahələrində, mədəni, humanitar və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər