Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya əyalətində 2035-ci ilə qədər benzin və dizel yanacağı ilə işləyən avtomobillər qadağan edilib.
Teleqraf.com xəbər verir ki, qərarı Kaliforniya valisi Qavin Nevsom açıqlayıb.
O, əyalətdə karbon buraxan fosil yanacaqlı nəqliyyat vasitələrinin 2035-ci ilə qədər tam aradan qaldırılması haqqında fərman imzalayıb. Qərara əsasən, iqlim dəyişikliyinə qarşı mübarizə çərçivəsində 2035-ci ildən etibarən əyalətə karbon buraxan vasitələrə icazə verilməyəcək.
Qərarın bu il əyalətdəki 12 500 kvadrat kilometrdən çox meşə sahəsinin yanmasından sonra verilməsi diqqət çəkib.