“TikTok” sosial şəbəkəsində bir qrup gəncin Heydər məscidində futbol oynaması görüntüləri yayılıb. Videoda məscidin içərisində iki hissəyə bölünən uşaqlar topun arxasınca qaçır. Onlar futbol oynadığı vaxt məsciddə bəzi vətəndaşların namaz qıldığı görünür.
Teleqraf.com Bakıda 6-cı mikrorayonda yerləşən Heydər məscidinin imamı Rüfət Qarayevdən məsələyə münasibət öyrənib.
O, deyilənləri təkzib edib: “Videodakı görtünü Heydər məscidi adı ilə paylaşılsa da, bura nəinki Heydər məscididi, ümumiyyətlə Azərbaycanda yerləşən məscid deyil. Heydər məscidinin kollektivi adından bu kimi addımları pisləyir, Azərbaycan dindarlarının, eyni zamanda dindar olmayan insanların da daim məscidlərimizin ehtiramını saxladığını bildiririk”.