Finlandiyanın Helsinki hava limanında koronavirus daşıyıcısı olan sərnişinlərin aşkarlanması üçün təlim keçmiş itlərdən istifadə ediləcək.
Teleqraf.com xəbər verir ki, artıq təlim keçmiş 10 itdən 4-ü hava limanında işə başlayıb.
Helsinki Universitetində baytar həkimlər tərəfindən aparılmış ilkin testlər nəticəsində köpəklərin virusu demək olar ki, 100 faiz dəqiqliklə aşkar edə biləcəyi deyilir.
Hava limanına gələn sərnişinlərin dərisi dəsmalla silindikdən sonra onu qaba qoyacaqlar, öyrədilmiş köpəklər bu nümunəni iyləyərək COVID-19-u aşkar etməyə çalışacaq. Sərnişinlər bu sınaqda iştirakı könüllü olacaq.
Köpəyin "testi" müsbət nəticə verərsə, sərnişin sağlamlıq məntəqəsinə yönləndiriləcək.