27 Sentyabr 2020 19:51
2 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusunun kamikadze-dronu Qarabağda Ermənistan ordusunun S-300 zenit-raket kompleksini məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Virtualaz.org hərbi qaynaqlara istinadən məlumat yayıb. Bildirilir ki, beləliklə, işğal edilmiş ərazilərimiz üzərində hava məkanı Azərbaycan Hərbi Hava Qüvvələri üçün açıqdır.

Bundan əvvəl bəlli idi ki, Ermənistan ordusu S-300 komplekslərinin bir divizionunu Qubadlı ərazisində, bilavasitə sərhədə yaxın yerləşdirmişdi.

Belə ki, ordumuz səhər saatlarında, hücumun əvvəllərində işğalçı qüvvələrin hava hücumundan birinci müdafiə eşalonunda dayanan “Osa” zenit-raket komplekslərinin əksəriyyətini məhv edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər