“Ukraynanın xarici siyasətdə prioritetlərindən biri də dövlətlərin ərazi bütövlüyünə dəstək verməkdir”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Xarici işlər naziri Dmitri Kuleba deyib.
Nazir Ukraynanın beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib:
“Biz də həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədik, bu prinsip bizim üçün heç vaxt dəyişməyib”.
Qafqazda gərginliyin azaldılması və qan tökülməsinin qarşısının alınması üçün səylərin artırılmasına diqqət çəkən Kuleba qeyd edib ki, Ukrayna münaqişənin alovlanmasına reaksiya verən ilk ölkələrdən biridir.
O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı apardığını da bildirib: “Bizim mövqeyimiz bəllidir. Müharibə həmişə ölüm və qan gətirir. Hazırda Qafqazda baş verənlərdən kədərlənirik”.