3 Oktyabr 2020 17:32
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vasitəçilik missiyasını həyata keçirən dövlətlər birtərəfli açıqlamalardan çəkinməlidir. Birtərəfli açıqlamaların verilməsi bu danışıqlar prosesinə və vasitəçilik missiyalarına xələl gətirə biləcək hallardır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Makronun danışıqlar prosesindəki yeni format təklifi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

O vurğulayıb ki, danışıqlar missiyasının mahiyyəti olduğu kimi qalır: "Hətta xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər barədə təkliflər var idi ki, Azərbaycan tərəfi də bu məsələlərə bu və ya digər formada baxa bilər. Amma ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad olunması istiqamətində səylər səfərbər olunmalıdır ki, Ermənistanın Azərbaycama qarşı işğalına son qoyulsun və hərbi işğala əsaslanan status-kvo nəticə etibarilə sonluğa gətirilsin".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər