Xəbər verdiyimiz kimi, Madagiz Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Şad xəbəri Azərbaycan xalqına Prezident, Ali Baş Komandan İlham Əliyev Tvitter səhifəsində elan edib.
Teleqraf.com-un məlumatına görə, vaxtilə Ağdərə rayonu inzibati ərazisinə daxil olan Madagiz (Suqovuşan) Tərtər rayonunun kəndlərindən biridir.
1992-ci ildə ləğv olunan Ağdərə rayonunun ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Madagiz isə Tərtər rayonuna birləşdirilib.
Madagiz ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprelində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
Kənd ərazisində Madagiz su anbarı və Madagiz-1 su elektrik stansiyası yerləşir.