“İran Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün plan hazırlayıb”.
Teleqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.
Xətibzadə qeyd edib ki, iki qonşu ölkə arasında onilliklərdir davam edən münaqişənin hərbi yolla həlli mümkün deyil:
“Biz Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq, qüvvələrin işğal olunmuş şəhərlərdən çıxarılmasına təkid edərək bildiririk ki, iki ölkə arasında müddətli geniş siyasi danışıqlar aparılması üçün hərbi qarşıdurmalar dərhal dayandırılmalıdır. Biz iki ölkə arasında baş verən bu münaqişəyə son qoymaq üçün bir plan hazırlamışıq və hazırda bu plan üzərində araşdırma işləri aparılır. Hesab edirik ki, bu plan münaqişə tərəfləri, qonşu ölkələr və regional dövlətlərin iştirakı və müzakirəsi ilə irəli aparıla bilər”.