6 Oktyabr 2020 18:53
3 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şeytanlıq edənlər gördüm. Bəziləri şeytanlığı ilə İranın bölgə insanları ilə mədəni həmrəyliyini hədəf alır. Silah yardımı etmək İranın strategiyası deyil”.

Teleqraf.com xəbər verir ki, İranın Ermənistana silah yardımı etməsi ilə bağlı iddialara cavab verən İran hökumətinin sözçüsü Əli Rəbi belə deyib.

“Azərbaycanın ərazi bütövlüyünü və işğal olunmuş şəhərlərin boşaldılmasını dəfələrlə vurğulamışıq. Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması İranın daim vurğuladığı bir məsələdir”, - Rəbi bildirib.

O, İranın sərhəd bölgələrindəki qarşıdurmalara və öz torpaqlarına təcavüzə dözməyəcəklərini təkrarlayaraq, qarşıdurmanın mümkün qədər tez bitməsinə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər