8 Oktyabr 2020 19:24
1 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşünə hazırlıq üzərində işləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Moskvada danışıqların təşkili imkanlarını nəzərdən keçirir, danışıqların başlanması üçün məsləhətləşmələr aparılır.

"Müxtəlif fəaliyyət sxemləri hazırlanır. Rusiya Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşünü təşkil etmək üçün bir Moskva platformasını təklif etdik. Bu formatda danışıqların başlanmasının mümkün vaxtı barədə tərəflərlə məsləhətləşirik", - deyə Zaxarova bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər